Salyanda qətl: 70 yaşlı qaynata kürəkəninin həyatına son qoydu

0

Xəbər verildiyi kimi, 25 aprel 2022-ci il tarixdə Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

İctimairey.az-a Salyan rayon prokurorluğundan daxil olan məlumatda bildirilir ki, aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »