Əfqanıstanda məscidə bombalı hücum: Ən azı 10 ölü

0

Əfqanıstanın paytaxtı Kabildə məscidə edilən bombalı hücum nəticəsində 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı açıqlanıb.

Əfqanıstanın paytaxtı Kabildə məscidə bombalı hücumun təşkil edildiyi açıqlanıb. Reuters-in son dəqiqə xəbərinə görə, Daxili İşlər Nazirliyi məsciddə baş verən partlayış nəticəsində azı 10 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

Daxili İşlər Nazirliyinin sözçünün müavini Besmullah Həbib partlayışın saat 14:00 radələrində Kabilin qərbindəki Xəlifə Sahib məscidində baş verdiyini açıqlayıb.

Ramazan ayının əvvəlindən Əfqanıstandakı məscidlər də oxşar hücumların hədəfinə çevrilib.

Taliban ötən il Əfqanıstanda nəzarəti ələ keçirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »