Azərbaycan boksçuları Avropa çempionatına getməyəcək, turnir İrəvanda keçiriləcək
Azərbaycan Boks Federasiyasının İdarə Heyəti milli komandanın Ermənistanda keçiriləcək Avropa çempionatına göndərilməməsi barədə qərar qəbul edib.
Turnir mayın 21-31-də İrəvanda keçiriləcək.
“Müzakirələr nəticəsində may ayında Beynəlxalq Boks Assosiasiyasına qarşıdan gələn seçkiləri, təlim-məşq toplanışlarını və idmançılarımızın dünya çempionatına hazırlığı proqramlarını, habelə digər incə məsələlər nəzərə alınaraq qərar qəbul edilib”, – federasiyanın açıqlamasında bildirilir.
Qeyd edək ki, Azərbaycan boksçuları 2019-cu il Avropa çempionatında bir qızıl və bir bürünc, 2021-ci ildə isə dünya çempionatında isə, bir qızıl və iki bürünc medal qazanıblar.