Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan sursat və hərbi texnika alır.
Bu barədə “The Guardian” nəşri məlumat verib.
Məlumata görə, Braziliya istehsalı olan tank əleyhinə raketlər, həmçinin Braziliya istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemləri Moskvanın mart ayında Ukraynadakı uğursuz kampaniyasından sonra İraqdan Rusiyaya göndərilib.
Nəqliyyatın təşkilində kömək edən mənbənin sözlərinə görə, Tehran hakimiyyəti Moskvaya Rusiyanın S-300-ə bənzər İran istehsalı olan Bavar 373 raket kompleksini də bağışlayıb.