Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Zaxarova ruslara Youtube-un tamamilə bloklanması ilə bağlı xəbərdarlıq edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ruslara Youtube video hostinqinin tamamilə bloklanması ilə bağlı xəbərdarlıq edib və onları lazımi məlumatları, materialları saxlamağa çağırıb. Müvafiq xəbər onun Telegram kanalında yer alıb.
“Görünür, YouTube öz hökmünü imzalayıb. Məlumatlarınzı yadda saxlayın, rus platformalarına köçürün. Və cəld olun” deyib.