Ukraynada vağzal raket atəşinə tutulub, 35 nəfər ölüb, 100-dən çox yaralı var

0

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, onlardan 4-nün uşaq olduğu bildirilir.

Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur.

12:34

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Raket sakinlər təxliyə olunan zaman düşüb.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”.

O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Baş nazirin müavini İrina Vereşşuk Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »