Alman mətbuatından ŞOK XƏBƏR: Lavrovun təyyarəsi Çinə uçuşundan geri dönüb

0

Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan Bild Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə yola düşdüyünü, lakin təyyarənin 2800 kilometr yol uçduqdan sonra, Moskvaya qayıtdığını bildirib.

Rusiyanın Ukraynanı işğalı 23-cü günündə davam edərkən, Almaniyanın ən çox satılan qəzetlərindən olan Bild gündəmi dəyişəcək bir yazı dərc edib.

Bild Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarə ilə Çinə getdiyini, lakin Sibir üzərində olarkən təyyarənin qəfildən Rusiyaya qayıtdığını yazır.

Bildirilib ki, rusiyalı nazir Çin rəsmiləri ilə görüşmək üçün böyük Rusiya nümayəndə heyəti ilə təyyarəyə minib, lakin təyyarə Pekinə enmək əvəzinə Moskvaya qayıdıb. Aralarında Lavrovun da olduğu təyyarənin 2 min 800 kilometr yol qət etdikdən sonra, Moskvanın Şeremetyevo hava limanına endiyi bildirilir.

LAVROVUN TƏYYARƏSİ NİYƏ GERİ DÖNDÜ?

“Bild” qəzetinin yazdığına görə, bunun iki səbəbi ola bilər: Ya Pekin administrasiyası Lavrovu qəbul etmək istəmədi, ya da Rusiya prezidenti Vladimir Putin Lavrovun geri qayıtmasını əmr etdi.

Son zamanlar Moskva və Pekin administrasiyaları arasında münasibətlər Rusiya işğalından sonra, çətin dövrə qədəm qoyub. Moskva administrasiyasının son günlər Çindən hərbi və iqtisadi yardım istəməsi iddia edilib, lakin hər iki ölkənin rəsmiləri bu iddiaları təsdiqləməkdən imtina ediblər.

 Dünən Çinin Ukraynadakı səfiri Pekin administrasiyasının işğalı dəstəkləməyəcəyini açıqlayıb. Çindən verilən əvvəlki açıqlamalarda “Biz müharibəyə qarşıyıq” ifadələri işlədilib.

Pekin administrasiyasının Rusiyanı aktiv şəkildə dəstəkləmədiyini xatırladan Almaniyanın “Bild” qəzeti Lavrovun rədd edildiyini ehtimal edib.

Digər ehtimal isə odur ki, Putin Lavrovun Çinə getməsini uyğun görməyib və onu geri çağırıb. Bütün dünya bu suallara cavab axtararkən, Lavrov bu gün Bild-in iddialarını təkzib edib və onun təyyarəsinin geri qayıtdığını təkzib edib. Ancaq Rusiyanın bu açıqlamasına baxmayaraq, dünyanın gözü Çindən gələn açıqlamalara çevrilib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »