BU GÜN: İran raket hücumu nəticəsində 9 İsrail generalını öldürüb

0

İranın raket zərbəsi nəticəsində 9 İsrail generalı həlak olub.

İran ordusunun raket hücumu, o cümlədən 12 Fateh-110 ballistik raketi Tehrana qərargahı Ərbildə (İraq) yerləşən 9 Mossad generalını məhv etməyə imkan verib.

İran mənbələrinin məlumatına görə, həmin an qərargahda toplantı keçirən 9 İsrail generalı öldürülüb.

“Ərbil bazasına raket hücumu nəticəsində Mossad-ın 9 generalı həlak olub: Adam Butler, Mathis Datris, Melissa Robert, Qabriel Taker, Mark Zall, Smith, Connie, Cons, Saul”, iranlı jurnalist Xəyal Müəzzin bildirib.

Bu məlumat İsrailin “Haaretz” qəzetinin məlumatlarından fərqlənir, onun jurnalistləri 4 yüksək rütbəli zabitin öldüyünü və daha 7 nəfərin yaralandığını bildirir.

“Bazar günü İraqın şimalında, Ərbil şəhərində ABŞ konsulluğuna 12 raket atılıb”, – İraq təhlükəsizlik rəsmiləri bildirib. Bazar günü daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin Ərbildəki “strateji mərkəzlərinə” raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürən bəyanat yayıb. Mossadın Ərbildəki qərargahına ballistik raketlər atılıb və hücumda 4 İsrail zabitinin öldüyü, 7-nin yaralandığı iddia edilir. Həmçinin İran kəşfiyyatçılarının yerli agentləri cəlb etmək məqsədilə bu ölkədə fəaliyyət göstərən İsrail casus şəbəkəsini məhv etdiyi qeyd edilir”, – deyə məlumatda bildirilir.

Birləşmiş Ştatların gemeralların həlak  olmasını inkar etməsinə baxmayaraq, zərbələrdən bir neçə saat sonra, ABŞ Hərbi Hava Qüvvələrinin təcili yardımı Ərbilə doğru uçub ki, bu da Amerika tərəfinin ehtimal ki, həlak olanların olduğunu göstərir. .

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »