Amerika Rusiya və Ukraynadan olan dənizçiləri sahilə buraxmır. Onlar geri dönmək istəmir – FOTO

0

Amerika Gəmiçilik Palatasının rəhbəri Keti Metkalf Amerikanın nüfuzlu “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib ki, Ukraynada xüsusi əməliyyat başlandıqdan sonra, etibarlı ABŞ vizası olan rus və ukraynalı dənizçilərə artıq sahilə buraxılmır.

Onun fikrincə, belə bir qərar səlahiyyətlilərin bu ölkələrdən olan ekipaj üzvlərinin ABŞ-da qalmaq və vətənə qayıtmaq istəmədiklərindən qorxduğu üçün verilib.

Nəşrin mənbəsi belə halların həqiqətən də olduğunu bildirib. Bir neçə dənizçi humanitar müdafiə üçün, Amerika hökumətinə müraciət edib.

Qeyd olunur ki, kommersiya gəmilərinin dənizçilərinə verilən vizalar onlara Amerikada bir müddət vaxt keçirmək imkanı verir. Lakin sərhədçilər dənizçilərin öz gəmilərinə qayıtmayacağından və ya qanunla icazə veriləndən daha uzun müddət ABŞ-da qalacağından şübhələnirlərsə, onları sahilə buraxmaya bilər.Американцы отказались пускать на берег моряков из России и Украины — Рамблер/новости

Keti Metcalf, sahilə qadağanın bir çox dənizçini müqavilələrinin icazə verdiyindən daha uzun müddət gəmilərdə qalmağa məcbur etdiyini söyləyib. Nəticədə, bu, sahə üçün çətinliklər yaradır, çünki gəmi sahibləri “gəmidə səriştəli və yaxşı istirahət etmiş dənizçilərə” ehtiyac duyurlar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »