Ölən miqrantlar Misir və Suriya vətəndaşları olub.
Liviyanın şərqindəki Tobruk şəhəri sahillərində miqrantlarla dolu qayığın batması nəticəsində 19 nəfər ölüb. Bu barədə Liviya Miqrantlara Yardım və Sosial Xidmətlər Fondu məlumat yayıb.
Ölən miqrantlar Misir və Suriya vətəndaşları olub. Xəbərdə deyilir ki, yalnız bir mərhumun cəsədini tapmaq mümkün olub.
Bundan əlavə, daha üç qeyri-qanuni miqrant xilas edilərək xəstəxanaya çatdırılıb.