Ukraynada İş adamı Vaqif Əliyev saxlanılıb.

0

KONKRET.az-ın Ukrayna mediasının istinadla məlumatına görə, UTX Ukraynanın qərbində biznesmen Vaqif Əliyevi saxlayıb.

RİA Novosti xəbər verir ki, iş adamı Vaqif Əliyev Ukraynanın Zakarpat vilayətində UTX-nın xüsusi təyinatlı dəstəsi tərəfindən saxlanılıb.

Verilən məlumata görə, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.

“Deputat Dubinski xəbər verir ki, “Alfa” UTX-nın xüsusi bölməsi Zakarpatiyada iş adamı Vaqif Əliyevi saxlayıb. Səbəbləri məlum deyil”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, Vaqif Əliyevin Rusiya pasportu ola bilər.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »