Türkiyə hakimiyyəti Qərb ölkələrində ruslara və rus mədəniyyətinə qarşı faşist münasibəti qəbuledilməz hesab edir.
İctimairey.az xəbər verir ki, bunu martın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən diplomatik forumda çıxışı zamanı deyib.
“Qərb ölkələrində ruslara və rus mədəniyyətinə qarşı faşist münasibəti qəbuledilməz hesab edirik.
Ərdoğan Almaniyadakı orkestrlərdən birinin dirijoru Valeri Qerqiyevin “(Rusiya prezidenti Vladimir) Putinin dostu” olduğuna görə işdən qovulması, İtaliya universitetlərinin birində böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin əsərlərinin nəşr və yayılmasının qadağan edilməsi hallarını da misal çəkib.
“Orta əsrlərdə İraqda bütün kitabxanaları yandırıb-yaxan Xulaqilərlə (XIII əsrin ortaları – XIV əsrin ortalarında Yaxın və Orta Şərqdə hökmranlıq etmiş monqol sülaləsi) ilə istər-istəməz tarixi paralellər yaranır. Bizim üçün bu hərəkətlər, Avropada ruslara qarşı ayrı-seçkilik qaranlıq dövrə qayıdışın göstəricisidir. Müasir demokratiya, diplomatiya və bütövlükdə insanlıq buna layiq deyil”, – Türkiyə lideri əlavə edib.