Klichko qardaşları: Rinqlərdən cəbhəyə

0

Uzun illər ağır çəkidə dünya boksunun aparıcı adları arasında yer alan dünya çempionu Kliçko qardaşları hazırda Ukrayna müqavimətinin önündədir.

Ukraynalı qardaşlar Vitali və Vladimir Kliçko uzun illər ağır çəkidə boks dünyasının önəmli adları arasında olub, dünya çempionatlarında qalib gəlib, boksda çata biləcək ən yüksək zirvəyə çatıblar. İndi onlar qeyri-müəyyən sonluqla, həyatlarının ən təhlükəli mübarizəsi ilə yeni mübarizəyə atılıblar.

7 ildir Ukraynanın paytaxtı Kiyevin meri olan Vitali Kliçko da müharibənin ön cəbhəsindədir. Qardaşı Vladimir cəbhədə gülləkeçirməz jiletlə toy edərkən və ya hava hücumlarına qarşı sığınacaq rolunu oynayan metro stansiyasının ətrafında gəzərkən verdiyi görüntülərdə və fotoşəkillərdə həmişə onun yanındadır.

İki qardaş Ukrayna müqavimətinin Qərbdəki simvolik simalarındandır. Onlar öz simvolik əhəmiyyətini və ukraynalıların səsinin xaricə çatdırılmasında oynadıqları rolun fərqindədirlər. Onlar Almaniyanın “Welt” qəzetinə verdiyi müsahibədə Ukraynanı heç vaxt tərk etməyəcəkləri mesajlarını açıq şəkildə təkrarlayıblar. Alman müsahibəsində Vitali “Mən getsəm, bu xəyanət olar və bir daha aynaya baxa bilmərəm”, Vladimir isə “Əlbəttə, başqa yerə gedə bilər. Amma insanın bir evi var” deyib.

İki qardaş Almaniyada çox məşhurdular. Onların hər ikisi uzun illər ağır çəkili boksçu kimi Almaniyada müqavilə əsasında rinqlərdə döyüşüb. 1996-cı ildə Hamburqda peşəkar boks karyerasına başlayan Vitali və Vladimir ailələri ilə birlikdə Almaniyada məskunlaşıb və şirkətlər quraraq iş həyatına başlayıblar. Vitalinin həyat yoldaşı Natalya və uşaqları hələ də Hamburqda yaşayırlar.

2013-cü ildə boks karyerasını başa vuran Vitalinin 50 yaşı var. Onun Ukraynadakı Avropayönümlü demokratik qüvvələrə dəstəyi onun peşəkar boks dövrünə gedib çıxır. 2004-cü ildə “narıncı inqilab”ı fəal şəkildə dəstəkləyən Vitali 2014-cü ildə Rusiyayönlü prezident Viktor Yanukoviçə qarşı keçirilən etiraz aksiyalarının simvolik simalarından birinə çevrilib. Yanukoviç devrildikdən sonra Ukraynada siyasi fəaliyyətini davam etdirən Vitalinin adı hətta Yanukoviçin mümkün varisləri arasında da hallanırdı. Lakin onun hələ prezidentlik üçün kifayət qədər təcrübəsi yox idi. 2014-cü ildə o, Kiyev merliyinə namizəd olub. O, 2015 və 2020-ci il seçkilərində ardıcıl iki dəfə bu vəzifəyə seçilib.Eski Ağır Sıklet Dünya Boks Şampiyonları Vladimir (solda) ve Vitali Kliçko kardeşler

Özündən beş yaş kiçik olan qardaşı Vladimir 2017-ci ilə kimi dünya çempionatları ilə də taclandırılan boks karyerasını davam etdirib və Almaniyada qalıb. Ukraynada demokratik qüvvələrə dəstək verən Vladimir fevral ayında qardaşına kömək etmək üçün Kiyevə gedib və könüllü olaraq Ukrayna ordusuna yazılıb.

Kliçko qardaşlarının atası da hərbçidir. Sovet Hərbi Hava Qüvvələrində ukraynalı zabitin oğlu olan Vladimir 1971-ci ildə Qırğızıstanda, Vladimir isə 1976-cı ildə Qazaxıstanda anadan olub. 1984-cü ildə ailə Ukraynaya köçdükdən sonra, hər iki qardaş ölkəsində  böyüyərək boks karyerasına başlayıblar.İngiltere'nin başkenti Londra'da, Wembley Arena'da halka açık antrenman yapan Vladimir Kliçko - (26.04.2017)

Uzun illər dünyanın ağır çəki boksunun aparıcı adları arasında yer alan Kliçko qardaşları döyüşçü stereotipini qıraraq simpatik davranışları ilə medianın məşhur həmsöhbətinə çevrilib, hətta uşaqlar üçün şirniyyat reklamlarına da çəkiliblər.

İndi o dövrlər başqa bir həyatdan gələn kimi görünür. Vitali Kliçko bir neçə gün əvvəl Kiyevdən Almaniyanın ictimai yayım təşkilatı ARD-a demişdi: “Səhər yuxudan duranda elə düşünürəm ki, sanki hər şey yuxudur. Amma təəssüf ki, realdır. Ölmək gərəkdirsə, ölərəm. Vətənimin uğrunda ölmək şərəfdir”.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »