SON DƏQİQƏ: Çin Rusiya aviaşirkətlərinə təyyarə hissələri tədarük etməkdən imtina edib- FOTO

0

Çin Rusiya aviaşirkətlərinə təyyarə hissələri tədarük etməkdən imtina edib

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin təyyarələrin uçuşa yararlılıq şöbəsinin rəhbəri Valeri Kudinov bildirib. Onun sözlərinə görə, Rusiya Türkiyə, Hindistan və digər ölkələrə təyyarə hissələrinin tədarükü imkanlarını axtarmağı planlaşdırır,

IctimaiRəy.az xəbər verir ki- “Biz aviaşirkətin özünə göstəriş vermişik ki, bu ehtiyat hissələrini haradan əldə etmək imkanının olduğunu müəyyən etsin. Bildiyimə görə, belə bir məlumat yayılıb ki, onlar məsələn, Çinə müraciət ediblər və çinlilər bundan imtina ediblər” – Kudinov MRO Rusiya və MDB konfransında jurnalistlərə deyib. “Biz başqa ölkələr vasitəsilə imkanlar axtaracağıq. Bəlkə partnyorlarımız vasitəsilə – türklər vasitəsilə, bəlkə də Hindistan vasitəsilə. Hər bir şirkət özü danışıqlar aparacaq – biz (Rosaviatsia) sadəcə olaraq bu ehtiyat hissələrinin qanuniləşdirilməsinə kömək edəcəyik ” Kudinov bildirib.

Çin Rusiya aviaşirkətlərinə təyyarə hissələri tədarük etməkdən imtina edib

Fevralın 26-da Avropa İttifaqı Rusiyaya mülki təyyarələrin və ehtiyat hissələrinin tədarükünü, habelə onlara texniki qulluq və sığortanı qadağan edən sanksiyalar tətbiq edib. Bundan əlavə, sanksiyalar icarəçiləri martın sonuna qədər aviaşirkətlərlə mövcud müqavilələrinə xitam verməyə məcbur edir.

Китай отказался поставлять авиазапчасти российским перевозчикам / VSE42.RU - информационный сайт Кузбасса.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »