Bu gün, martın 10-da səhər saat 6-da rusiyalı işğalçılar Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə soxulub, daha sonra onu zorla naməlum istiqamətə aparıblar.
Bu barədə Krım tatar xalqı Məclisinin üzvü Esgəndər Bariyev öz Facebook səhifəsində yazıb.
“Bu gün Melitopolda səhər saat 6-da rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar”, – deyə qeyd edən Bariyev bildirib ki, işğalçılar deputatın evində də axtarış aparıblar.