Kadırov Ukraynadakı laboratoriyalara görə “dərin şok” keçirir

0

Çeçenistan lideri Kadırov Ukraynada ABŞ tərəfindən maliyyələşdirilən laboratoriyalara görə “dərin şoka düşüb”

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında ABŞ-ın maliyyələşdirdiyi bioloji laboratoriyaların olması ilə bağlı məlumatdan “dərin sarsıldığını” bildirib.

“Ukrayna ərazisində ABŞ tərəfindən maliyyələşdirilən onlarla biolaboratoriyanın olması və bioloji silahların hazırlandığı barədə xəbər məni dərindən sarsıtdı”, – Kadırov bildirib.

O, həmçinin ərazidə “bioloji tədqiqat obyektlərinin” olduğunu tanıyan ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın sözlərini “ən yüksək dərəcəli sinizm” və “bütün dünya ictimaiyyətinə tüpürmək” hesab edib.

Kadırovun sözlərinə görə, ABŞ “dünyanın əksər ölkələrində kök salmış əsl təcavüzkardır”. “Mən əminəm ki, bəşəriyyətə qarşı bu dəhşətli hərəkətə göz yuman ölkələr də Amerika təcavüzünün ortaqlarıdır”, – deyə Çeçenistan rəhbəri yekunlaşdırıb.

Qeyd edək ki, Nuland daha əvvəl təsdiqləmişdi ki, Ukraynada bioloji tədqiqat obyektləri var və ABŞ onların qüvvələrin nəzarətinə keçməsinin qarşısını almağa çalışır. Rəsminin sözlərinə görə, Ukraynada bioloji və ya kimyəvi silahla bağlı hər hansı insident baş verərsə, buna görə məsuliyyəti Rusiya tərəfi daşıyacaq.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »