Pakistanın baş naziri İmran Xan İslamabadı Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməyə çağıran Qərb diplomatlarını tənqid edib. Bu barədə The Times yazır.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyata başladığını elan edib. Buna cavab olaraq ABŞ və Aİ Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.
Martın 2-də BMT Baş Assambleyası Rusiyadan Ukraynada güc tətbiqini dayandırmağı və qoşunlarını geri çəkməyi tələb edən qətnamə qəbul edib. Sənədin lehinə 141 dövlət səs verib, 35 ölkə bitərəf qalıb, 5 ölkə əleyhinə çıxıb.
Səsvermədən sonra iyirmi iki ölkənin səfirləri birgə məktubla Pakistanı qətnaməni dəstəkləməyə çağırıblar. Lakin bu müraciət İmran Xanın sərt reaksiyasına səbəb olub.
“Bizim haqqımızda siz nə düşünürsünüz? Biz sizin qullarınızıq ki, nə desəniz, onu edək? – ifadəsini işlədib
Bundan əvvəl beynəlxalq məsələlər üzrə ekspert Ted Karpenter ABŞ-ın BMT-də qlobal anti-Rusiya koalisiyası yaratmağa çalışarkən ciddi problemlərlə üzləşdiyinə diqqət çəkib. O, həmçinin Hindistan və Çinin qətnaməni dəstəkləməkdən imtina etməsini Vaşinqton üçün həyəcanverici əlamət adlandırıb.