“Olimpik Marsel” fevralın 17-də Fransada keçirilən matçda “Qarabağ Ermənistanı”təxribat xarakterli posterə görə 44 250 avro cərimələnib.
UEFA Fransanın “Olimpik Marsel” futbol klubunu azərbaycanlı “Qarabağ”la oyunda azarkeşlərinin qaldırdığı “Qarabağ Ermənistan” plakatına görə cəzalandırıb.
UEFA-dan verilən yazılı açıqlamada “Olimpik Marsel” klubunun fevralın 17-də Fransada keçirilən matçda təxribat xarakterli posterə görə, 44 min 250 avro cərimə olunduğu bildirilib.
Fransa klubu “siyasi, ideoloji, dini və ya təxribatçı” xarakter daşıyan “Qarabağ Ermənistanı” plakatına görə 20 min avro, azarkeşləri təhlükəsizlik dəhlizlərində yerləşdirmək və tüstü bombalarından istifadə etdiyinə görə daha 24 min 250 avro cərimələnib.
Fransada keçirilən oyunda “Olimpik Marsel” 3-1 hesabı ilə qalib gəlib. Ertəsi gün UEFA Fransa klubunun azarkeşləri tərəfindən pozuntularla bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Marsel Fransadakı erməni diasporunun mərkəzlərindən biridir.