Livan Hizbullah qruplaşmasının lideri Həsən Nəsrullah çıxış edərək, Qərbi İsrail və Səudiyyə Ərəbistanının cinayətlərinə məhəl qoymamaqda qınayıb.
O, Ukrayna böhranından danışarkən deyib ki, “ABŞ rəsmiləri Rusiyanı Ukraynada hərbi cinayətlər törətməkdə ittiham edir və bir çox ölkələrdə amerikalıların qətliamlarına məhəl qoymurlar”. Hizbullah lideri daha sonra deyib:
“Beynəlxalq ictimaiyyət Ukrayna şəhərlərinin çoxgünlük mühasirəyə alınmasından təəssüflənir və İsrailin Qəzzanı blokadasına, eləcə də Səudiyyə Ərəbistanının Yəmənə blokadasına məhəl qoymur”.
Buna əsaslanaraq o, belə qənaətə gəlib:
“Amerika Birləşmiş Ştatlarına güvənmək axmaqlıqdır.”
O, daha sonra Livan rəsmilərinə müraciət edib:
“ABŞ-ı razı salmaq istəyirsinizsə, bilməlisiniz ki, onların tələbləri sonsuzdur”.
Nəsrullah Livanın xarici siyasətini tənqid edərək deyib:
“Livan BMT-nin Rusiyanın Ukraynadakı əməliyyatını pisləməsi üçün səsvermədə bitərəf qalmalı idi… Livan Xarici İşlər Nazirliyinin Rusiyanın Ukraynadakı əməliyyatını pisləyən bəyanatı ABŞ-ın Beyrutdakı səfirliyi hazırlayıb.”
Hizbullah lideri hadisənin əhəmiyyətini də vurğulayıb:
“Livandakı neytrallıq tərəfdarları təəccüblü şəkildə Livan Xarici İşlər Nazirliyinin bəyanatını təkzib etməkdən çəkindilər… Livanın Rusiyanın Ukraynadakı əməliyyatını rəsmi şəkildə pisləməsi Hizbullahın Livandakı dövlətə nəzarət etmədiyini təsdiqləyir”.