Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ticarətdə rus rublundan istifadənin mümkünlüyünü açıqlayıb.
O, belə bir təkliflə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı çıxış edib.
İctimaiRəy.az–Türkiyə prezidenti bəyan edib ki, hər iki ölkə arasında ticarət əlaqələri üçün “dollar, avro, rubl, qızıl və yuan”dan istifadə edə bilər.
Putin Ərdoğanla söhbətində onu da bildirib ki, yaxın gələcəkdə Rusiya Türkiyəyə indi Azov dənizində olan günəbaxan yağı və buğda ilə 30 gəmi göndərəcək.
Bundan əvvəl Ərdoğan Qərbdə Rusiyanın mədəniyyətinə qarşı diskriminasiya kampaniyasını tənqid edib. O, bir sıra Qərb ölkələrində mədəniyyət xadimlərinə qarşı aparılan kampaniyaya tənqidi qiymət verib.