Kadırov Zelenskini özünü xilas etmək üçün, şəxsən onunla əlaqə saxlamağa çağırıb

0

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Vladimir Zelenskini Rusiyaya etibar etməyə və dialoqa başlamağa çağırıb.

İctimairey.az bildirir ki, o, müvafiq müraciəti Telegram kanalında dərc edib.

“Zelenski, əgər Polşaya doğru gedirsənsə, o zaman səni həbs edilmiş və sonunda müttəhimlər kürsüsündə vətəninə qayıdan Saakaşvilinin taleyi gözləyir. Əgər siz Rusiyaya güvənirsinizsə və dialoqa hazırsınızsa, onda mən sizinlə yarı yolda görüşməyə və şəxsən Rusiya prezidenti V.Putindən xahiş etməyə hazıram ki, sizə sığınacaq versin və özünüzü qorusun. Bütün bunlar, əgər siz mənə elə indi qulaq assanız və yeganə şansınızdan istifadə etsəniz, mümkün olacaq. Qaçmağa yer yoxdur”, – deyə Çeçenistan prezidenti Ukrayna prezidentinə yazıb.

Region rəhbəri Zelenskiyə banderlərin Avropada etdiklərinə diqqət etməyi tövsiyə edib. “Onlar kömək etməyəcək və xilas etməyəcəklər.”

“Mənimlə əlaqə saxlayın və mən zəmanət verirəm ki, Vladimir Putinlə sizin üçün ümumi dil tapım, görüş təyin edəcəyəm və sən səlahiyyətləri qanuni prezident Yanukoviçə verəcəksən. Bəli, siz istedadlı insansınız, yaxşı aktyorsunuz, amma siyasətçi deyilsiniz. İndi isə, sizin həll edə bilməyəcəyiniz problemlər yükü var. Çox gec olmadan mənə müraciət edin və gələcəyiniz haqqında danışaq. Mən şəxsən bunu öz adımnan deyirəm.  Tezliklə qərar qəbul edin”, – deyə R.Kadırov yekunlaşdırıb.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »