XƏBƏRDARLIQ! Slavutiçin meri:  Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv tozun yayılması təhlükəsi var- FOTO   

0

Çernobıl zonasında hərəkət edən maşınların təkərlərlərinə  yapışan radioaktiv tozlar Ukraynanın bütün ərazisinə aparılır.

Slavutiç şəhərinin meri Yuriy Fomiçev Çernobıl AES-də radioaktiv tozun yayılması təhlükəsinin olduğunu bildirib.

İctimairey.az xəbər verir ki, o, bu barədə telemarafon zamanı bildirib.

O xatırladıb ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk günü Çernobıl AES-i ələ keçirib.

“Və olan dəyişiklik bu gün də qalır. Biz insanları əvəz edə bilmərik və onlar artıq 10 gündür obyektdə işləyirlər. Onlar iki qrupa bölünüblər. Amma onlar əqli, fiziki, emosional yorğundular və bu, nüvə təhlükəsidir, çünki kadrlar stabil işləməlidir” – Fomiçev bildirib. Eyni zamanda o qeyd edib ki, Çernobıl işçiləri ilə ünsiyyət məhduddur – “biz onlarla əlaqə saxlayırıq, lakin hazırda stansiya növbəsini əvəz etmək üçün təminatlı yaşıl dəhliz yoxdur”.

O qeyd edib ki, Çernobıl səbəbindən hərbi texnikanın hərəkət etdiyi əsl dəhliz yaranıb.

“Çernobıl zonasından təkərlərlə keçən bütün avadanlıqlar radioaktiv tozları Kiyev istiqamətində, bütün Ukrayna ərazisinə aparır”, – Slavutiçin meri əlavə edib.Чернобыльская АЭС — есть опасность выброса радиоактивной пыли / НВ

Bundan başqa, mer qeyd edib ki, obyekt vasitəsilə texnikanın intensiv hərəkəti var və “Allah eləməmişkən, orda hərbi əməliyyatlar başlasa, bu qəza baş verən 4-cü enerji blokuna və qeyri-sabit konstruksiyaların olduğu yerlərə təsir edəcək. Radioaktiv tozun yayılmasına səbəb ola bilər. Orada çox böyük təhlükə var.”

Stansiyanın işçiləri haqqında danışan Fomiçev qeyd edib: “İnsanlar məhdud qidalanır, onların dərmanları məhduddur və bu, onlar üçün çox çətindir. Bu, əsl terrordur, bunu başqa cür adlandırmaq olmaz.”

O qeyd edib ki, işğalçılar stansiya işçilərinin özlərinə heç bir tələb irəli sürmürlər, yalnız öz yerlərində qalıb işləməkdən başqa, heç kimi perimetrdən kənara buraxmırlar.Новая угроза. Из-за оккупантов на ЧАЭС может случится выброс радиоактивной  пыли | Сегодня

Xatırladaq ki, Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Elmi-Texniki Mərkəz bildirir ki, Çernobıl elektrik stansiyasının rus işğalçıları güclü radiasiyaya məruz qalırlar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »