Pakistanın Peşəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində azı 30 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Cümə günü məsciddə baş verən partlayış Pişəvərin Koça Risaldarını sarsıdıb. Pakistan mətbuatının məlumatına görə, xəstəxana rəsmiləri ən azı 30 cəsədin Lady Reading xəstəxanasına aparıldığını bildirib.
Ən azı 50 nəfərin yaralandığı bildirilir.
Pakistanın Dawn qəzetinin məlumatına görə, Peşavar Böyükşəhər Polis Məmuru (PBPM) İjaz Ahsan bir polisin öldürüldüyünü təsdiq edərkən, Lady Reading-in media meneceri Asim Xan isə indiyədək 30 cəsədin xəstəxanaya aparıldığını bildirib.
PBPM bildirib ki, ilkin məlumatlara görə, iki hücum edən şəxs şəhərin Qissa Khvani bazarında məscidə girməyə cəhd edib və mühafizədə olan polis əməkdaşlarına atəş açıb. Nəticədə bir polis ölüb, digəri isə ağır yaralanıb. Hücumdan sonra məsciddə partlayış olub.
Polis məmuru Vahid Xan bildirib ki, partlayış ibadətçilər cümə namazı üçün Koça Risaldar məscidinə toplaşarkən baş verib.
Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.