Nəhayət, din xadimləri də dilə gəldilər

0

Nəhayət, din xadimləri də dilə gəldilər

İctimaiRəy.az daxil olan məlumata görə-Rus Pravoslav Kilsəsinin keşiş və diakonlarının barışığa və müharibəyə son qoymağa çağıran müraciəti üçün imza toplanmasına başlanılıb

din xadimləri

“Biz Ukraynadakı bacı-qardaşlarımızın nahaq yerə məruz qaldıqları sınaq prosesinə kədərlənirik. Sizə xatırladırıq ki, hər bir insanın həyatı Tanrının əvəzsiz və bənzərsiz hədiyyəsidir və buna görə də bütün əsgərlərin – həm rus, həm də ukraynalıların sağ-salamat evlərinə və ailələrinə qayıtmasını arzulayırıq. Rusiya və Ukraynadakı uşaqlarımızın və nəvələrimizin yenidən bir-birləri ilə dost olmağa, bir-birlərinə hörmət etməyə və sevməyə başlaması üçün aşmalı olacaqları uçuruma dair kədərlə düşünürük.

Biz insana Tanrının verdiyi azadlığa hörmət edirik və hesab edirik ki, Ukrayna xalqı öz seçimini silah gücünə deyil, Qərbin və ya Şərqin təzyiqi olmadan özü etməlidir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »