Bu gün BMT-nin Baş Assambleyası Rusiyanın Ukraynaya hərbi hücumunu qınayan qətnamə ilə bağlı səsvermə keçirəcək.
BMT-nin mənzil-qərargahında 90 ölkənin dəstəklədiyi qanun layihəsi 193 üzv dövlət tərəfindən səsverməyə çıxarılacaq.
Layihəsinin həmtəqdimatçıları arasında olan Türkiyə mətnə töhfə verən əsas qrup ölkələrdən biri olub.
Qətnamədə Rusiyanın Ukraynaya hücumları qəti şəkildə pislənilib, Moskvanın bütün hərbi qüvvələrinin Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.