Polşanın VroclaV şəhərində yaşayan və Rusiya prezidenti Putinə bənzəyən 53 yaşlı Slavek Sobola, illərdir bu oxşarlıqdan yaxşı pul qazandığını, lakin indi müharibənin başlaması ilə həyatı üçün qorxduğunu açıqlayıb.
Polşanın Vroslav şəhərində yaşayan və Rusiya prezidenti Vladimir Putinə bənzəyən Slawek Sobola keçmişdə milyonlar qazandığı bu oxşarlıq sayəsində bu gün çətin günlər keçirir.
Sobola öz təhlükəsizliyi üçün, narahat olduğunu etiraf edərək, ölkəsindəki ukraynalı tərəfdarlarının ondan üz döndərə biləcəyinə inandığını bildirir. 53 yaşlı Sobola deyir ki, Rusiya lideri keçən həftə “xüsusi hərbi əməliyyat”a başladığını elan edəndən sonra, özünü əsəbi hiss edir. Sobola yerli əhalinin və qaçqınların onu hədəfə ala biləcəyindən qorxduğunu deyib.
Britaniyanın Daily Star qəzetinə danışan Sobola deyib: “Müharibədən əvvəl mən küçədə təhlükəsizliyim üçün qorxmurdum, amma indi müharibə başlayandan, Putin Ukraynaya hücum edəndən qorxuram, çünki, bizim qəsəbəmiz Vroslavda çoxlu ukraynalı var”.
Sobolanın sözlərinə davam edərək qeyd edib ki, – “Dəfələrlə bu insanlar mənə Putinə bənzədiyimi söyləyiblər və indi müharibə səbəbindən bu insanların məni görəndə qəzəbli və ya aqressiv olacağından bir az qorxuram”.
Həyat yoldaşı Dorota ilə birlikdə yaşayan polşalı gəmiçilik şirkətinə rəhbərlik edir və dünyanın ən məşhur kişilərindən birinə bənzədiyi üçün “yaxşı pul qazanıb.
Britaniya mətbuatına açıqlama verən Sobola deyib: “Mən öz bənzətməmdən istifadə edərək, səkkiz il Putinə bənzədiyimdən istifadə edib işləmişəm və bu müddət ərzində çoxlu video və fotolar lentə almışam. Yaxşı iş idi və yaxşı da qazanırdım, amma bu mənim əsas işim deyil. Mən gəmiçilik şirkətini idarə edirəm, Putin işi əlavədir”. deyib.
Sobola əlavə edib ki, “Putin işi” sayəsində ABŞ, Honq-Konq və Böyük Britaniya kimi ölkələrə səyahət etmək şansı qazanıb.
Lakin, onun həyat yoldaşı Dotra insanların tez-tez selfi çəkmək üçün mübarizə apardığını söyləyərək, onun Rusiya liderinə bənzəməsinin mənfi tərəflərinin olduğunu bildirib. Dotra deyir: “Bəzən başqa oxşar insanlarla tanış olmaq və bu işi görərkən əylənmək mənim üçün gülməli olub, amma bəzən də narahat olmuşam, çünki ailəmizlə və tətildə olduğumuz zaman sahildə və ya restoranda, barda gəzərkən, insanlar bir-birini qabaqlayaraq deyirlər ki, hey, hey, Putinə oxşayırsan, səninlə şəkil çəkdirə bilərəmmi?” Bəzən bu məni çox narahat edib”.
Lakin Ukraynadan gələn xəbərdən sonra, Sobola Rusiya lideri ilə bağlı fikrini dəyişdiyini və davam edən müharibədən qazanc əldə etməyəcəyinə söz verdiyini bildirib. – Mən Ukraynanın yanındayam. Düşünürəm ki, onlar mübarizə aparmalıdırlar”.