Rusiya ordusu məqsədlərinə çatana qədər, Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirəcək.
İctimairey.az xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin qruplaşması qarşıya qoyulan məqsədlərə nail olunana qədər, xüsusi hərbi əməliyyat keçirməyə davam edəcək”, – Şoyqu çərşənbə axşamı keçirilən konfransda deyib.
Əsas vəzifə
Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Rusiyanı Qərbdən gələn hərbi təhlükədən qorumaq, Ukraynada keçirilən xüsusi əməliyyatın əsas vəzifəsidir.
“Bizim üçün əsas odur ki, Rusiya Federasiyasını ölkəmizə qarşı mübarizədə Ukrayna xalqından istifadə etməyə çalışan Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qoruyaq”, – Şoyqu konfransda deyib.
“Canlı qalxan”
Şoyqu bildirib ki, toqquşmalar zamanı Ukrayna tərəfi yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında çoxsaylı reaktiv sistemləri, silahlar və iriçaplı minaatanlar yerləşdirir, dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.
“Döyüş toqquşmaları zamanı Ukrayna tərəfi dinc əhalidən canlı qalxan kimi istifadə etməkdən çəkinmir. Çoxsaylı reaktiv sistemlər, silahlar, iriçaplı minaatanlar yaşayış binalarının həyətlərində, məktəblərin və uşaq bağçalarının yaxınlığında yerləşdirilir”, – o deyib.