Polşa da vətəndaşlarına Ukraynada döyüşməyə icazə verir

0

Polşalı deputatlar respublika vətəndaşlarına Ukrayna beynəlmiləl legionunda döyüşməyə icazə verəcək.

Axar.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

“Polşa Kəndli Partiyasının deputatları ölkə vətəndaşlarına Ukraynada yaradılan beynəlmiləl legionda xidmət etmək imkanının verilməsi təklifi ilə çıxış edəcəklər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Litva, Latviya, Britaniya və Fransa Ukraynanın yaratdığı beynəlmiləl legionda xidmət üçün vətəndaşlarına izn verib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »