Belarus Rusiyanın xüsusi hərbi əməliyyatı üçün öz ərazisindən istifadəyə icazə verib.
Bu sözləri Ukrayanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa deyib.
“Belarusun Ukraynaya qarşı silahlı təcavüzə cəlb edilməsini qınayırıq. Ən başdan bəri bu ölkə Rusiya xüsusi hərbi əməliyyatı üçün öz ərazisini təqdim etdi. Ötən gün “İsgəndər” raketləri Belarusdan Jitomir aeroportuna atıldı”, – deyə diplomat bildirib.