Rusiyanı dəhşətə gətirəcək VİDEO
Bu gün günorta saatlarında Kiyev vilayətinin Buça şəhərinə daxil olan işğalçı qüvvələr Ukrayna ordusu tərəfindən tamamilə darmadağın edilib.
İctimaiRəy.az xəbər verir ki, şəhərə daxil olmuş 30-a yaxın Rusiya döyüş texnikasından salamat qalanı yoxdur və onlar havadan, yaxud qurudan endirildiyi dəqiqləşməyən şiddətli zərbələrdən sadəcə olaraq metal yığınına çevriliblər.
Yerli sakinlərdən birinin döyüşdən sonra işğalçıları söyərək və lənətləyərək mobil telefonla çəkdiyi kadrlara əsasən şəhərə girən Rusiya qüvvələrindən geriyə ancaq bu mənzərə qalıb: