Üzərində Xocalı faciəsinə dair məlumatların əks olunduğu avtomobil Milan küçələrində hərəkət edib

0

Üzərində Xocalı soyqırımına dair faktları əks etdirən məlumatların yerləşdirildiyi avtomobil İtaliyanın Milan şəhərinin mərkəzi küçə və meydanlarında hərəkət edib.

İctimairey.az  xəbər verir ki, xüsusi dizaynlı avtomobilin üzərində yerləşdirilən məlumat lövhəsində Azərbaycana qarşı törədilmiş amansız soyqırımı zamanı 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini itirdiyi, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü bildirilib.

Avtomobil Milanın mərkəzi küçə və meydanlarından keçərək yerli sakinlərin, eləcə də turistlərin diqqətini ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına cəlb edib.

Məlumatlandırıcı sosial aksiya “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə baş tutub. Azərtac

Leave A Reply

Your email address will not be published.

Tərcümə »