Bir neçə aylıq nisbi sakitlikdən sonra, Avropanın ən aktiv dağlarından biri olan Siciliyadakı Etna dağında yenidən vulkan püskürməyə başlayıb. Kül buludu 12 kilometr hündürlüyə qalxıb. Dağın cənub-şərq yamacından aşağıya lava axını tökülür.
İctimairey.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur. Bazar ertəsi günortadan sonra, kraterdən gələn lava axını qurumuşdu. Lakin yenidən axmağa başlayıb.
Etnanın tarixində bir çox məşhur püskürmələr olub. 1669-cu ildə ən məşhurlardan biri zamanı lava Siciliyanın şərqindəki ən böyük şəhər olan Kataniyanın bir hissəsini basdırıb və onlarla kəndi dağıdıb.