Polşadan sonra İsveç də 2022 FIFA Dünya Kuboku Avropa Təsnifat mərhələsinin Rusiya ilə pley-off matçında oynamaq istəmədiklərini açıqlayıb.
Rusiyanın Ukraynanı işğal etmək cəhdindən sonra, bu ölkəyə reaksiyalar artır. Polşa Futbol Federasiyasının prezidenti Sezari Kulesza 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsi çərçivəsində, Rusiya ilə keçiriləcək pley-off matçında oynamaq istəmədiklərini açıqlayıb.
Polşalı hücumçu Robert Levandovski də qərarı dəstəkləyərək, “Doğru qərardır. Biz Ukraynaya hücumlar zamanı Rusiya Milli Komandası ilə oynaya bilmərik. Bu vəziyyətə görə rusiyalı futbolçular və azarkeşlər məsuliyyət daşımır, amma heç bir şey olmadığını əmin edə bilmərik” şərhini verib.
Rusiya martın 24-də dünya çempionatının pley-off mərhələsinin yarımfinalında Polşanı qəbul edəcək, qalib gəlsələr, martın 29-da evində İsveç-Çexiya döyüşünün qalibi ilə qarşılaşacaq.
İSVEÇ RUSİYA İLƏ OYNAMAQ İSTƏMİR
İsveç də Rusiya ilə mümkün qarşılaşmada oynamaq istəmədiklərini açıqlayıb. İsveç Futbol Federasiyasından verilən açıqlamada millinin harada olursa olsun, Rusiya ilə oyun keçirməyəcəyi bildirilib.
İsveç Futbol Federasiyası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) xəbərdarlıq edərək, Rusiya ilə martda keçirilməsi planlaşdırılan seçmə oyunların ləğvini tələb edib.