Ukrayna prezidenti Vladimir Zelenski bazar günü yeni videomüraciətində Rusiya ilə danışıqlar üçün, platforma kimi Varşava, Budapeşt, İstanbul və Bakını təklif etdiyini bildirib və istənilən başqa şəhərin uyğun olduğunu qeyd edib.
“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya və raketlərin Ukraynaya uçmadığı istənilən başqa şəhəri təklif etdik”, – Zelenski bildirib.
Zelenski belaruslara müraciət edərək deyib: “Belarusun yaxınlarda hamının gördüyü kimi yenidən mehriban və təhlükəsiz olmasını arzu edirəm. Düzgün seçim edin. Bu, həyatınızın əsas seçimidir”.
Ukrayna prezidenti əlavə edib ki, Kiyev Rusiya Federasiyası ilə sülh və danışıqlar aparmaq istəyir.
Zelenski öz müraciətində həmçinin əcnəbiləri Ukraynaya gələrək, rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.