Vaşinqton özündən soruşmalıdır ki, Ukrayna ətrafında eskalasiyanın günahkarı kimdir.
İctimairey.az xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Lijian bu gün, fevralın 27-də Tvitterdə hazırkı vəziyyəti şərh edərkən bildirib.
“Birləşmiş Ştatlar özündən bütün bunları kimin başlatdığını soruşmalıdır” deyə diplomat yazıb.
Onun sözlərinin illüstrasiyası olaraq, ABŞ-ı simvolizə edən Sem dayı obrazında “Çin niyə yanğını söndürmək üçün daha çox səy göstərmir?” sualını verən cizgi filmi yerləşdirilib. Eyni zamanda Sem dayı özü “Ukrayna” yazısı olan lövhənin ətrafındakı yanğını benzinlə “söndürür”.
Xatırladaq ki, bundan əvvəl, fevralın 25-də Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında qeyd etmişdi ki, Ukrayna ətrafında yaranmış vəziyyətdə soyuq müharibə zehniyyətindən imtina edilməli və bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət edilməlidir. O, həmçinin vurğulayıb ki, Çin tərəfi Rusiya və Ukrayna arasında danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının tanınması haqqında fərmanlar imzalayıb, fevralın 24-də isə Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün hərbi əməliyyata başladığını bəyan edib. Daha sonra Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə heç bir zərbə endirmədiyini vurğulayıb: hərbi infrastruktur yüksək dəqiqlikli vasitələrlə sıradan çıxarılıb.
Departamentin məlumatına görə isə, mülki əhali üçün təhlükə yoxdur. Bəs həqiqət, faktlar nə söyləyir?