Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri Krıma verilən suyun dayandırılması üçün, 2014-cü ildə Kiyev tərəfindən Xerson vilayətində tikilmiş beton bəndi dağıdıblar.
İctimairey.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Aksenov məlumat verib.
“Hərbçilərimiz nasistlər tərəfindən tikilmiş Şimali Krım kanalının bəndini məhv ediblər”, – Aksyonov bildirib.
Rusiya xüsusi əməliyyatı başlayandan sonra, hərbçilər Xersona gediblər və bu, Şimali Krım kanalının blokunu açmağa imkan verib.
Aksenov bir gün əvvəl Şimali Krım kanalının Krım sərhədindən Kalançak ərazisindəki suqəbuledici qurğulara qədər olan kanalına, həmçinin beton bəndə baxış keçirib. Onun sözlərinə görə, bunun üçün nasos stansiyaları və hidrotexniki qurğular hazırlandıqdan sonra, yarımadaya suyun verilməsinə başlanacaq.
Respublika başçısı vurğulayıb ki, hazırda kanalın bütün qovşaqları Rusiya hərbçiləri tərəfindən idarə olunur.
Əvvəllər Ukrayna Dneprdən gələn Şimali Krım kanalı vasitəsilə Krımın şirin suya olan tələbatının 85%-ə qədərini təmin edirdi. Lakin yarımadanın Rusiyaya birləşdirilməsindən sonra, Kiyev tədarükünü dayandırıb.