Rusiya-Ukrayna müharibəsinə görə, Qara dənizin hava məkanı tamamilə boş olduğuna baxmayaraq, bu anlarda casus təyyarələri uçur.
Amerika ordusu 220 milyon dollar dəyərində, aydın çağırış kodu ilə iki casus təyyarəsi ilə Qara dəniz üzərində dayanmadan kəşfiyyat və müşahidə aparır. Təyyarələr Siciliyadakı hərbi dəniz bazasından qalxır və gecə-gündüz Ukrayna sahillərini müşahidə edir.
Rusiya-Ukrayna müharibəsi başlayandan, Qara dəniz də daxil olmaqla çox böyük bir ərazinin mülki uçuşlar üçün bağlandığı bir vaxtda, səmada yalnız casus təyyarələri görünməyə başlayıb
ABŞ Ordusunun 220 milyon dollarlıq Global Hawk pilotsuz uçan aparatı hazırda Qara dənizdə təkbaşına fəaliyyət göstərir.
Mülki təyyarələr yüksək təhlükəsizlik riski səbəbindən, Ukrayna hava məkanından yüzlərlə kilometr məsafəni qət etməyə ehtiyatla yanaşır.
Təyyarələrin görünmədiyi Qara dənizin şimalında hava məkanında yalnız bu təyyarələr izlənilir. Flightradar24-də təyyarələri izləmək də mümkündür.
“Forte 11” və “Forte 12” çağırış nişanlarından istifadə edərək, casus təyyarələr öz şəxsiyyətlərini gizlətmədən Qara dəniz üzərində uçur və qurudan uzaq məsafədən Ukraynanın Qara dəniz bölgəsini daim müşahidə edirlər.
Forte adlı bu casus təyyarələr Moldova üzərində uçaraq, hətta münaqişənin ilk günündə belə, Ukrayna ərazisində kəşfiyyat aparıblar.
Müharibənin şiddəti artdıqdan sonra, Forte 11 adlı casus təyyarəsi Qara dənizdə fasiləsiz olaraq xidmət edir.
Siciliyadakı Siqonella Dəniz Bazasının yaxınlığında çağırış siqnalını açan casus təyyarə Yunanıstan hava məkanından istifadə edərək Bolqarıstan üzərindən Qara dənizə keçir.
Təyyarə Türkiyə hava məkanına girmir və ümumiyyətlə Ədirnədən müəyyən məsafədən keçməyə diqqət yetirir.
“Global Hawk” real vaxt rejimində görüntülər əldə edir və gecə və gündüzdən asılı olmayaraq istənilən hava şəraitində onları mərkəzə ötürür.