Rio-de-Janeyro ştatının Petropolis şəhərini daşqın və sel basıb.
Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro) daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 217-yə çatıb, daha 33 nəfər itkin düşüb.
İctimairey.az Braziliya mətbuatının məlumatına görə bildirir ki, 900 nəfər hələ də müvəqqəti sığınacaqlarda qalır.
Bölgədə normal həyata qayıtmaq üçün, bərpa və axtarış-xilasetmə əməliyyatları aparılır
Fevralın 15-də Rio-de-Janeyro ştatının dağlıq bölgəsində yerləşən Petropolis şəhərinə güclü leysan yağıb. Yağan leysan sonradan sel və torpaq sürüşməsinə səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin küçələrinin, parklarının, mağazaların su altında qalması, nəqliyyat vasitələrinin və avtobusların su altında qalması görünür.
Rio-de-Janeyro qubernatoru Klaudio Kastro bölgədə 1932-ci ildən bəri ən güclü yağışın olduğunu bildirib.