Gürcüstan XİN:  Kiyevdəki diplomatları yerindədir. Yalnız ailələri…

0

Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın Ukraynadakı səfirliyinin əməkdaşlarına ailələrini Kiyevdən çıxarmağı tövsiyə edib.

İctimairey.az bildirir ki, bu barədə departamentin mətbuat xidməti xəbər verir.

Gürcüstanın diplomatik missiyası Kiyevdə işini davam etdirir.

“Gürcüstanın Ukraynadakı diplomatik nümayəndəliyinin rəhbəri və əməkdaşları yerindədir. Gürcü diplomatlara yalnız tövsiyə verilib ki, onlar istəsələr, ailələrin köçürülməsi ilə bağlı qərar qəbul etsinlər”, – departament qeyd edib.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının suverenliyinin tanındığını elan edərək, silahlı qüvvələrə bölgələrdə sülhün qorunmasını tapşırıb. LDXR rəhbərləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələri imzalandı. Bu hadisələr fonunda bəzi ölkələr Kiyevdəki səfirliklərinin işini dayandırıb, diplomatik nümayəndəlikləri boşaldıblar.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »