2017-ci ildə dünyada ilk insan başının transplantasiyası əməliyyatının həyata keçirildiyi xəbəri yayıldı. Bununla belə, təcrübənin meyit üzərində aparıldığını qeyd etmək yerinə düşərdi. İctimairey.az sizə bu barədə ətraflı məlumat verəcək.
Bir il əvvəl neyrocərrah Serqio Canavero oxşar əməliyyatı heyvanlar (siçan və it) üzərində apardığı video yayımlamışdı. Əməliyyatda hər şey yaxşı getdi. Təcrübə zamanı həkim onurğa beyninin zədələnmiş nahiyələrinə yeridilmiş və minlərlə neyron arasında əlaqələrin bərpasına kömək edən polietilen qlikoldan istifadə edib.
Hətta o zaman neyrocərrah bütün dünyaya bəyan etdi ki, insan üzərində belə bir əməliyyat texniki cəhətdən mümkündür, lakin donorun başı və bədəni arasında sinir təmaslarının bərpasının effektivliyi məsələsi hələ də həllini tapmayıb.
Əvvəlcə ilk xəstə Vladimirdən proqramçı Valeri Spiridonov olmalı idi. Kişi hərəkət etməyi qeyri-mümkün edən, ağır genetik xəstəlikdən əziyyət çəkirdi. Canavero hətta iddia etdi ki, prosedurun müvəffəqiyyət nisbəti ən azı 90 faizdir və 2015-ci ildə əməliyyatın dəyəri təxminən 15 milyon dollar idi. Lakin Spiridonovun əməliyyatı bir neçə dəfə təxirə salınıb və indiyədək baş tutmayıb.
İki cəsəd üzərində eksperiment Harbin Tibb Universitetinin doktor Ren Xiaopingin rəhbərlik etdiyi qrup tərəfindən aparılıb və 18 saat davam edib. Prosedur zamanı onurğa sütununu, sinirləri və qan damarlarını bərpa etmək mümkün olub. Ümumilikdə əməliyyat uğurla keçib. Lakin canlı insan üzərində gələcək təcrübələr barədə hələlik məlumat yoxdur. Spiridonovun sözlərinə görə, eksperimentin həyata keçirilməsi cəmiyyətin hazırlıqsızlığı səbəbindən ləngiyir. Bundan əlavə, hələ heç kim Canaveronu lazım olan hər şeylə təmin etməyə hazır deyil.