SON XƏBƏR: ABŞ Ukraynaya milyard dollarlıq kredit zəmanəti təklif edib

0

ABŞ hakimiyyəti Ukraynaya ölkədəki islahatları dəstəkləmək üçün, 1 milyard dollara qədər suveren borc zəmanəti verməyi təklif edib.

İctimairey.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin fevralın 14-də dərc olunmuş bəyanatında deyilir.

Sənəddə deyilir: “ABŞ hakimiyyəti Ukraynanın iqtisadi islahat proqramını dəstəkləmək və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı davam etdirmək üçün, ona 1 milyard dollara qədər suveren kredit zəmanəti təklif edir”.

 “Ukrayna, BVF, digər beynəlxalq maliyyə institutları, G7 və digər ikitərəfli yardım təminatçıları arasında güclü tərəfdaşlıq ilə birləşən bu təklif Rusiyanın sabitliyi pozan hərəkətləri qarşısında Ukraynanın iqtisadi sabitliyi, inkişafı və insanların rifahını təmin etmək qabiliyyətini gücləndirəcək”.

İctimairey.az nəşri olaraq bildirir ki, bu qədər yardımlar Ukraynanın sonradan başını çox ağrıdacaq. Ukraynanı satın almış olmayalar?

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »