SON DƏQİQƏ: Kadırov Zelenskiyə müraciət ünvanlayıb. “Klounluq vaxtı başa çatıb

0

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə və bütün ukraynalılara müraciət edərək, Kiyev Rusunu və ortaq tarixi xatırladıb.

İctimairey.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

Zelenskiyə müraciət edən Kadırov qeyd edib ki, “klounluq vaxtı başa çatıb” və “dönməz nəticələrdən qaçmaq üçün, öz xalqı qarşısında borcunu yerinə yetirməyin vaxtı çatıb”.

O, Zelenskini Ukrayna prezidentinin imzaladığı Minsk razılaşmalarının icrasına keçməyə çağırıb.

“Siz konstitusiyanın, xalqınızın və dövlətinizin təhlükəsizliyinin təminatçısı kimi, sadəcə olaraq, qan tökülməməsi və sülhün bərqərar olması üçün, əlinizdən gələni etməyə borclusunuz. Prezident Vladimir Putin və Rusiya xalqları müharibə istəmir, biz bu dəhşətli sözün mənasını əvvəlcədən bilirik”, – deyə Kadırov Zelenskiyə müraciət edib (bundan sonra müəllifin orfoqrafiyası və durğu işarələri qorunur).

Həmçinin Çeçenistan rəhbəri ukraynalılara ruslarla ortaq tarixi xatırladıb.

“Əzizlərim! Mən Ukraynanı və onun mehriban insanlarını sevirəm. Məktəbdə təsadüfən dinlədiyim SSRİ tarixi kursundan mən bilirəm ki, rus dövlətçiliyinin və pravoslavlığının beşiyi Kiyev Rusudur. Ruslar və ukraynalılar ortaq tarixə, mədəniyyətə və dinə malik bir slavyan xalqıdır”, – Kadırov vurğulayıb.

Çeçenistan rəhbərinin sözlərinə görə, o, inanmır ki, ukraynalılar özlərini “bütün tənəzzülə uğramış “dəyərləri” və rusofob isteriyası ilə” Qərbin bir hissəsi hesab edirlər. Onun fikrincə, Ukraynanın indiki hakimiyyəti ruslarla “birlik hissini silməyə” çalışır, lakin Ukrayna xalqının özü “tarixi ədaləti” bərpa etməyə qadirdir.

“Ola bilməz ki, böyük hetman Boqdan Xmelnitskinin və dahi yazıçı Nikolay Qoqolun mənəvi və tarixi varisləri qardaş Rusiya ilə əbədi sülh istəməsinlər!” o, yekunlaşdırıb.

Kadırov vurğulayıb ki, bu yazı onun şəxsi fikridir, “Rusiya vətəndaşının təvazökar fikridir”.

Bundan əvvəl Kadırov Zelenskinin siyasətini tənqid edərək, onu anti-Rusiya adlandırıb. Ali Radanın deputatı Aleksey Qonçarenko isə, Ukrayna prezidentinin Çeçenistan rəhbərindən qorxduğu üçün, Kadırova cavab vermədiyini bildirib.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »