SON DƏQİQƏ: Ramiz Mehdiyev istefa verib

0

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

İctimairey.az xəbər verir ki,  Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

AMEA Mətbuat xidmətinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində idi. Ölkə.az

 Qeyd edək ki, bu gün, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »