Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan hakimiyyəti əcnəbilərin ermənilərin vandalizmi ilə yaxından tanış olmaları üçün, işğaldan azad edilmiş Ağdam rayonuna səfərlərini bundan sonra da təşkil edəcək.
“Ağdamda uçuq-sökük məsciddən başqa sağ qalmış bir dənə də olsun bina yoxdur, dam örtüyünə ziyan dəyib. Ermənilər bu məscidi murdarladılar, burada inək və donuz saxladılar. Bu, təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasının təhqiridir”, – deyə Əliyev Ağdam rayonuna səfəri zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi bundan sonra da, əcnəbiləri Ağdama dəvət edəcək ki, onlar erməni vandalizminin miqyasına öz gözləri ilə şahid olsunlar.
“Ermənilər tərəfindən bütün binalar, kənd evləri, ictimai binalar dağıdılıb. Bu, görünməmiş barbarlıq, vandalizm, vəhşilikdir. Bu, erməni faşizminin çirkin simasının göstəricisidir. Bütün dünya bunu görməlidir və görəcək. Biz əcnəbiləri bura dəvət etməyə davam edəcəyik. Gəlib görəcəklər ki, erməni vəhşiliyi nədir”. vurğulayıb.