SON DƏQİQƏ: Bazar ertəsindən etibarən Ukraynanın hava məkanı bütün təyyarələr üçün tamamilə bağlanacaq
Ukraynanın hava məkanı təyyarələr üçün tamamilə bağlanacaq.
24 saatdan az müddətdə Ukraynanın hava məkanı mülki təyyarələrin uçuşları üçün tamamilə bağlanacaq.
İctimairey.az xəbər verir ki, bu barədə məlumatı “Strana” nəşri təqdim edib və qeyd edib ki, bunun səbəbi təkcə Ukraynada genişmiqyaslı toqquşmaların başlaması riskləri deyil, həm də Britaniya sığorta şirkətlərinin hava daşıyıcılarına məktublar göndərməsidir. Bazar ertəsindən etibarən hər hansı bir təyyarə üçün, Ukraynada və Ukrayna hava məkanında sığorta təminatının fəaliyyətini dayandırır.
Qeyd edək ki, xarici hava daşıyıcıları artıq həm Ukraynaya, həm də bu ölkənin hava məkanı vasitəsilə uçuşlardan imtina etməyə başlayıblar. Bu gecə KLM-nin (Niderland Avia Şirkəti) ilk belə hava daşıyıcısı olaraq uçuşlarını dayandırıb. Bu gün daha 12 xarici hava operatoru Ukraynanın hava məkanında uçuşları yerinə yetirməkdən imtina etməyi nəzərdən keçirir.