Mark Zukerberqin baş direktoru Facebook (Meta) rüblük hesabatını açıqladıqdan sonra, Zukerberqin sərvəti gündə 32 milyard dollar əriyib.
Facebook-un sosial media şirkəti olan Meta-nın səhmləri növbəti rübdə gündəlik istifadəçi sayının azaldığını və gəlir artımının yavaşladığını elan etdikdən sonra, 20 faiz ucuzlaşıb.
İctimairey.az xəbər verir ki, Şirkət bu vəziyyətin Apple-ın cihazların məxfilik parametrlərində etdiyi dəyişikliklər və TikTok kimi rəqiblərinin artması ilə bağlı olduğunu açıqlayıb.
Facebook-un gündəlik aktiv istifadəçiləri 1,930 milyarddan 1,929 milyarda düşüb və ilk dəfə olaraq əvvəlki rübdən geri qalıb.
Bazarlar bağlandıqdan sonra, həyata keçirilən əməliyyatlarda Meta səhmlərinin azalması ilə şirkətin bazar dəyəri 200 milyard dollar azalıb.
Facebook-un ana şirkəti Meta rüblük hesabatını açıqladıqdan sonra, Mark Zukerberqin sərvəti bir gündə 32 milyard dollar əriyib.
121 milyard dollardan bir qədər çox olan Mark Zukerberqin sərvəti 89 milyard dollara qədər azalıb.
İLK 10-LUQDA YERi TƏHLÜKƏDƏ
Bloomberg Billionaires Index-in məlumatlarına görə, səhmlər azalmağa davam edərsə, Zukerberq 2015-ci ildən bəri ilk dəfə dünyanın ən zəngin 10 adamı siyahısından düşə bilər.
Meta CEO hazırda 89,6 milyard dollar sərvətlə 10-cu yerdədir, 11-ci yerdə olan Mukeş Ambani isə, 89,2 milyard dollar sərvətə malikdir.