Böyük Dəbilqə: Azərbaycan cüdoçuları mübarizəyə başlayır

0

Bu gün Azərbaycan millisinin 3 cüdoçusu Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

İctimairey.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Kot d ivuardan olan Dauda Dabone ilə üz-üzə gələcək.

73 kq-dakı Hidayət Heydərov və Rüstəm Orucov ilk görüşlərini Franca təmsilçilərinə qarşı keçirəcək. Onlar 1/16 finalda müvafiq olaraq Teo Riquin və Benjamin Aksusla qarşılaşacaq.

60 kq
Kəramət Hüseynov – Dauda Dabone (Kot d ivuar)

73 kq
Hidayət Heydərov – Teo Riquin (Fransa)

Rüstəm Orucov – Benjamin Aksus (Fransa)

Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq. Report.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »