Prezident İlham Əliyev mərasimdə iştirak edib. Tədbirdə bir müddət əvvəl Bakıya işgüzar səfərə gələn Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman əl-Səud və Azərbaycanın rəhbəri İlham Əliyev çıxış edib.
Dövlət başçısı İlham Əliyev və BƏƏ-in Energetika Nazirliyinin rəhbəri stansiyanın təməlini qoyublar.
Layihə Sitalçay (Xızı rayonu) və Pirəkəşkül (Abşeron rayonu) qəsəbələrində həyata keçiriləcək.
İctimairey.az xəbər verir ki, 2020-ci ilin yanvarında Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında layihə müqaviləsi, həmin ilin dekabrında isə investisiya müqaviləsi, elektrik enerjisinin alqı-satqısı və elektrik şəbəkəsinə qoşulması haqqında saziş imzalanıb.