Türkiyədə 200 minlik avtomobillə qəzaya düşən azərbaycanlı kimdir?

0

Türkiyənin Beşiktaş şəhərində azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks “Mercedes” markalı avtomobillə qəza törədib.

Hadisə gecə yarısı Balmumcu Mahallesi, Barbaros Bulvarı ərazisində baş verib.

Belə ki, Rəfail Əliyev Azərbaycan dövlət nömrə nişanlı 99-MB-888 lüks avtomobiliylə Zincirlikuyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oktay Arayın istifadə etdiyi 34-TAB-06 nömrəli taksi ilə toqquşub.

Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34-LJA-221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin gücündən sürücü pəncərədən taksisinin altına düşüb.

Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Beşiktaşda qəzaya düşən “Mercedes-Benz C43” markalı dövlət nömrə nişanı 99 MB 888 olan avtomobilin sahibi Suraxanı rayon sakini Əliyev Rafail Şakir oğludur. Avtomobilin bazar dəyəri 127 min dollardır.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »