Gündəm: Səddam Hüseynin tutulduğu bunkerdə son sözləri – FOTO

0

İraqın keçmiş prezidenti Səddam Hüseynin 2003-cü ildə əsir düşdüyü bunkerdəki son sözləri yenidən gündəmə gəlib.

Səddam ABŞ əsgərlərinə “Atmayın, məni tanımırsınız? Mən İraqın prezidenti Səddam Hüseynəm” deyəndə, əsgərlər “Prezident Buş salamlarını göndərir” – deyə cavab veriblər. Səddamın tutulması ilə yanaşı, dünyada günlərlə edam anlarından danışılırdı.

İraqın keçmiş prezidenti Səddam Hüseynin tutulması ilə bağlı təfərrüatlar illər sonra belə eşidənləri heyrətə gətirir. Səddam Hüseyn 2003-cü il aprelin 9-da ABŞ qüvvələri Bağdada girəndə 24 illik hakimiyyətini itirdi.
Bağdadın süqutundan sonra, Səddam izini itirdi və onun harada olduğu sualı müxtəlif sui-qəsd nəzəriyyələrinə səbəb oldu. İyulun 22-də Səddam Hüseynin oğulları Uday və Qusay ABŞ qüvvələri tərəfindən İraqın Mosul şəhərində keçirilən əməliyyatda öldürülüb. Səddamın özü 2003-cü il dekabrın 13-də Tikrit yaxınlığındakı fermada, ABŞ qüvvələri tərəfindən əsir götürülüb.

Sığınacaqda SON SÖZLƏR

Ölümündən illər keçsə də, hələ də Səddam Hüseynin sağ olduğunu iddia edənlər var. Lakin rəsmi mənbələr bu iddiaları qəti şəkildə təkzib edir. İş o yerə çatıb ki, Səddam Hüseynin ələ keçirilən zaman son sözləri ilə bağlı məlumatlar yenidən gündəmə gəlib.

Bildirilib ki, Səddam Hüseyn onu bunkerdə yaxalayan əsgərlərə “Atmayın, atmayın. Mən Səddam Hüseynəm. İraq prezidentiyəm və danışıqlara hazıram” deyib.

ABŞ əsgərləri cavab olaraq “Prezident Buş Səddama salamlarını göndərir” deyib.

EDAM ANI DÜNYAYA YAYILDI

Səddam Hüseynin edamından bir müddət əvvəl amerikalılar tərəfindən iraqlılara təhvil verilən ölüm hökmü yerli vaxtla saat 06:00-da Bağdadın şimal bölgələrindən biri olan, Kazimiyədəki hərbi bazada icra edilib. Edam anı cib telefonlarına çəkilərək saatlar ərzində internet üzərindən yayılaraq böyük əks-səda yaradıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »